Amerikanın Intel korporasiyası Rusiyanın Nijni Novqorod şəhərindəki ən böyük ofisini satıb.
Ucnoqta.az-ın məlumatına görə, TASS bu barədə şirkətin Rusiya Federasiyasındakı hüquqi şəxslərindən birinin hesabatına istinadən xəbər verir.
Lakin korporasiyanın daşınmaz əmlakını kimin aldığı məlum deyil.
Müqavilə 2024-cü ilin yanvarında tamamlanıb. Satılan əmlaklara bina və torpaq daxildir.
Agentliyin qeyd etdiyi kimi, 2023-cü ilin sonuna Rusiyanın Intel ofisində iki nəfər işləyirdi (əvvəllər korporasiyada 1,2 min işçi var idi).