Hindistanın AH-64E Apache Guardian hücum helikopteri Çinlə sərhəddə Şərqi Ladaxda Qaqan Şakti manevrləri zamanı göyərtəsində yaranan nasazlıq səbəbindən sərt eniş edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə “The Times of India” qəzeti hərbi hava qüvvələrindəki mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, iki pilot yaralanıb. Dağlıq ərazidə sərt eniş nəticəsində helikopter zədələnib. Qəzanın səbəbləri araşdırılır.