Vaşinqton İranın Suriyadakı konsulluğuna endirilən hava zərbəsindən sonra İran və İsrail arasında genişmiqyaslı müharibə ehtimalından narahatdır.
Ucnoqta.az xəbər verir ki, bu barədə cümə axşamı Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.
"Bəli, biz genişmiqyaslı müharibədən çox narahatıq. Əslində, bu gün İsrailin baş naziri Benyamin Netanyahu və ABŞ prezidenti Co Baydenin danışdıqları məsələlərdən biri də İrandan ABŞ-a qarşı real təhlükə idi" Kirbi jurnalistinı sualını cavablandırarkən deyib.
"Düşünürəm ki, İsrailə təmin etdiyimiz təhlükəsizlik yardımının təkcə Qəzza zolağı üçün olmadığını xatırlamaq vacibdir. ABŞ İsraili dəstəkləyəcək, biz sizə bu təhdidlərdən qorunmağınıza kömək etməyə davam edəcəyik" - Kirbi vurğulayıb.