Yaponiya hökuməti hazırda Yaponiya tərəfinin müşahidəçi səviyyəsində təmsil olunduğu ABŞ-Filippin illik birgə "Balikatan" təlimində ölkənin Özünümüdafiə Qüvvələrinin tam şəkildə iştirakını təmin etməyə çalışır.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Yomiuri” qəzeti məlumat yayıb.
Məlumata görə, aprelin 11-də Vaşinqtonda keçirilməsi planlaşdırılan ABŞ, Yaponiya və Filippinin üçtərəfli sammitində təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsi mövzusunun əsas mövzulardan biri olacağı gözlənilir.
Hər il keçirilən Balikatan təlimlərində 17 minə yaxın hərbçi iştirak edir. ABŞ və Filippinlə yanaşı, Fransa və Avstraliyadan olan hərbi qulluqçular da iştirak edir. Aprel ayında onlar Cənubi Çin dənizi zonasında keçiriləcək.
Yaponiya tərəfi hələlik bu təlimlərdə yalnız müşahidəçi qismində təmsil olunub.