ABŞ və Britaniya yanvarın 12-dən bəri Yəmənə 424 zərbə endirib

00:01 - 5 Aprel 2024 - DÜNYA

Birləşmiş Ştatlar və Britaniya qüvvələri yanvarın 12-dən Yəmənə ümumilikdə 424 zərbə endirib və nəticədə azı 37 nəfər həlak olub.

Ucnoqta.az xəbərr verir ki, bu açıqlama ilə Yəmənin “Ənsar Allah” (husilər) üsyançı hərəkatının lideri Əbdülməlik əl-Husi çıxış edib.

Onun sözlərinə görə, Amerika-Britaniya təxminən üç ay ərzində 424 hava hücumu və dəniz bombardmanı həyata keçirib. Nəticədə 37 nəfər həlak olub, 30 nəfər yaralanıb.

Xəbər xətti