Hizbullah partiyasının silahlı qanadı Livanla sərhəddən 3 km aralıda yerləşən Liman qəsəbəsində İsrail hərbi qərargahının artilleriyadan atəşə tutulduğunu bildirib.
Ucnoqta.az xəbər verir ki, qurumun Telegram kanalında yerləşdirilən məlumatda bildirilir ki, şiə döyüşçüləri artilleriya silahlarından düşmənə atəş açıb və hədəfi dəqiqliklə vurublar.
Al Mayadeen telekanalının verdiyi məlumata görə, bundan əvvəl İsrail Hərbi Hava Qüvvələri Aynata, Marun ər-Ras və Yarun yaşayış məntəqələri yaxınlığındakı Hizbullah postlarına hücum edib. Bu hücumlar İsrailin şimalındakı Şlomi yaşayış məntəqəsini şiə milislərinin reaktiv yaylım atəşindən atəşə tutmasından sonra baş verib.
Telekanalın məlumatına görə, raketlərdən biri yaşayış binasına düşüb, nəticədə israilli qadın yaralanıb.