İsrailin mərkəzində naviqasiya proqramlarında problemlər yaşanır.
Ucnoqta.az TASS-a istinadən xbər verir ki, Google Maps proqramında hazırkı yeri dəqiqləşdirməyə çalışarkən, Tel-Əviv əvəzinə bir müddət Beyrut müəyyən edilib.
“The Jerusalem Post” yazır ki, İsrail əhalisinin əksəriyyətinin yaşadığı ölkənin mərkəzi bölgəsində bir çox istifadəçi gün ərzində oxşar problemlə qarşılaşıb.
Google xidmətlərindən əlavə, Waze və Moovit kimi israillilər arasında məşhur olan naviqasiya proqramlarında yer səhv müəyyən edilib.
“The Jerusalem Post”un yazdığına görə, fasilələr İsrail Müdafiə Qüvvələrinin milli təhlükəsizliyin qorunmasına yönəlmiş hərəkətləri nəticəsində baş verib.