Ukraynada döyüşlər NATO-nun təhlükəsizliyi üçün lazımdır və Kiyevə silah tədarükü alyans ölkələrinin öz təhlükəsizliyinə sərmayədir.
Ucnoqta.az xəbər verir ki, bu fikri NATO-nun baş katibi Yens Stoltenberq Ukrayna-NATO Şurasının (UNC) xarici işlər nazirləri səviyyəsində planlaşdırılan iclası çərçivəsində Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə jurnalistlərə deyib.
"Sizin etdikləriniz NATO-nun təhlükəsizliyi üçün çox lazımdır. Ukraynaya dəstək xeyriyyəçilik deyil, NATO ölkələrinin öz təhlükəsizliyinə sərmayədir", - Stoltenberq bildirib.