Hindistanın Strateji Qüvvələr Komandanlığı və Müdafiə Araşdırma və İnkişaf Təşkilatı (DRDO) yeni nəsil "Agni Prime" ballistik raketini uğurla sınaqdan keçirib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Cənubi Asiya Respublikasının Müdafiə Nazirliyi məlumat yayıb.
Raketin sınağı Odişa sahillərindəki Abdul Kalam adasından həyata keçirilib.
Həmçinin qeyd edilir ki, raketin uçuşu radarlar, yerüstü və dəniz optik-elektron izləmə sistemləri vasitəsilə izlənilib.