İranın Sistan və Bəlucistan əyalətinin Çabahar və Rask şəhərlərində polis məntəqələrinə silahlı terror hücumları nəticəsində hüquq-mühafizə orqanlarının 3 əməkdaşı həlak olub.
Ucnoqta.az xəbər verir ki, bu barədə əyalət qubernatorunun təhlükəsizlik məsələləri üzrə müavini Əlirza Mərhəməti məlumat verib.
Məlumata grə, axşam saat 22 radələrində terrorçular Çabaharda bir neçə polis bölməsinə hücum ediblər. Təhlükəsizlik qüvvələri və hüquq-mühafizə orqanları onların hücumunu dəf edib. Hücum edənlərin bəziləri ölüb və ya yaralanıb. Üç hüquq-mühafizə orqanları əməkdaşı da həlak olub.
İran rəsmilərinin bildirdiyinə görə, əsasən Əfqanıstan və Pakistanla zəif mühafizə olunan sərhədin yerləşdiyi İranın cənub-şərqində fəaliyyət göstərən islamçı yaraqlı təşkilat olan Ceyş əl-Adl terror qruplaşması hücuma görə məsuliyyəti öz üzərinə götürüb.