Fransa və Rusiyanın müdafiə nazirləri telefonla danışıb
Ucnoqta.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb. Məlumata görə, Fransanın müdafiə naziri Sebastyan Lekornu və Rusiyanın müdafiə naziri Sergey Şoyqu arasında telefon danışığı olub. Fransa Müdafiə Nazirliyinin rəhbəri Şoyqu ilə söhbətində Krokusda törədilən terror aktını qətiyyətlə pisləyib və həlak olanların ailələri ilə həmrəy olduğunu bildirib.
Qeyd olunur ki, Lekornu Rusiyanın Ukraynadakı xüsusi əməliyyatını da pisləyib.