Rusiyanın 240 milyard avrodan çox aktivi dondurulub

14:29 - 3 Aprel 2024 - DÜNYA

Aİ ölkələrində Rusiyanın 240 milyard avrodan çox aktivi dondurulub

Ucnoqta.az xəbər evrir ki, bu barədə Avropa komissarı Didye Reynders deyib. Onun sözlərinə görə, Aİ hazırda Rusiya Federasiyasının Ukraynaya vurduğu zərərin ödənilməsi üçün vəsaitdən istifadə mexanizmi üzərində işləyir.

O, əlavə edib ki, Avropa ölkələrində 37 milyard avroluq aktiv və Rusiya dövlətinin 200-208 milyard avroluq aktivi dondurulub. Reynders əlavə edib ki, o, yaxın gələcəkdə immobilizasiya olunmuş Rusiya aktivlərindən əldə edilən gəlirlərin (ildə təxminən 2-3 milyard avro) istifadəsi ilə bağlı qərarın təsdiqini gözləyir.

Xəbər xətti