Sergey Lavrov yaxın vaxtlarda Çinə rəsmi səfər edəcək
Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. Zaxarova bildirib ki, XİN rəhbəri orada Çin Xarici İşlər Nazirliyinin rəhbəri ilə danışıqlar aparacaq. Lavrov Vanq Yi ilə Ukrayna böhranı, Asiya-Sakit okean regionunda vəziyyət və çoxtərəfli platformalarda əməkdaşlığı müzakirə etməyi planlaşdırır.