Ermənistanın baş naziri Nikol Paşinyanın reytinqi martda 8% təşkil edərək tarixi minimuma düşüb.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Gallup International” sosioloji xidmətinin respublikadakı nümayəndəliyi məlumat yayıb.
“Əgər 2023-cü ilin yanvarında onun fəaliyyətini respondentlərin 13,8%-i, martda isə 16,2%-i müsbət qiymətləndiribsə, 2024-cü ilin martında respondentlərin yalnız 8%-i onun fəaliyyətini müsbət, 75%-i isə mənfi qiymətləndirib”, - Gallup rəhbəri qeyd edib.
Sorğunun nəticələrinə görə, Ermənistan vətəndaşlarının 67%-i hesab edir ki, Paşinyan hökuməti Azərbaycanla ölkənin maraqlarına əsaslanacaq sülh müqaviləsi bağlaya bilmir.
Sosioloji sorğu martın sonunda telefon vasitəsilə aparılıb və 1101 nəfər iştirak edib. Səhv 3% -dir.