"Hizbullah" İsrailin şimalına raket zərbələri endirib

10:59 - 3 Aprel 2024 - DÜNYA

"Hizbullah" partiyasının silahlı qüvvələri Yuxarı Qalileydə yerləşən yaşayış məntəqələrində İsrail ordusunun mövqelərinə raket zərbələri endirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Əl-Cəzirə məlumat yayıb. Bildirilir ki, raket buraxılış qurğularından ən azı altı atəş qeydə alınıb.

Zarit, Netuva, Fassuta, Şomera və Ştula yaşayış məntəqələrində hava hücumu xəbərdarlığı səslənib. Tələfat və dağıntılar barədə məlumat verilməyib.

Xəbər xətti