Qazaxıstanın dövlət və siyasi xadimi, parlament Senatının (yuxarı palata) birinci sədri Omirbek Baygeldi çərşənbə günü Astanada 84 yaşında vəfat edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə qanunverici orqanın mətbuat xidməti məlumat yayıb.
Baygəldi 1939-cu il aprelin 15-də Cambul rayonunun (KazSSR) Qızıl-Oktyabr kəndində anadan olub.
1990-cı illərdə o, Cambil vilayət icraiyyə komitəsinin sədri, Cambil vilayəti administrasiyasının rəhbəri, Qazaxıstan prezidentinin müşaviri olub.
1996-1999-cu illərdə bu qanunverici orqanın sədri vəzifəsində çalışıb.