Çərşənbə günü səhər Tayvan sahillərində baş verən güclü zəlzələ nəticəsində azı 4 nəfər ölüb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Tayvanın "Zhongshi Xinwenwan" informasiya portalı məlumat yayıb. Məlumata görə, ən azı 97 nəfər yaralanıb.
Daha əvvəl 1 ölü və 50-dən çox yaralı haqqında məlumat yayılmışdı.