Yaponiya sahillərinə sunami çatıb

05:19 - 3 Aprel 2024 - DÜNYA

Tayvanın şərq sahillərində 7,5 bal gücündə güclü zəlzələdən sonra Yaponiyanın Yonaquni adasının sahillərinə hündürlüyü 0,3 m olan sunami çatıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb. Dalğanın hündürlüyünün arta biləcəyi barədə xəbərdarlıq edilib.

Yaponiya Milli Meteorologiya İdarəsi daha əvvəl sunaminin İsigaki adasının sahillərinə çatdığını bildirib. Dalğanın hündürlüyü dəqiqləşdirilir.

Xəbər xətti