Xəbər verdiyimiz kimi, bu gün tam (11 illik) orta təhsil səviyyəsi üzrə 3 mart 2024-cü il tarixində keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub. İmtahan nəticələrinə görə, 14 şagird 300 bal toplayaraq ən yüksək nəticəni göstərib.
Ucnoqta.az xəbər verir ki, yüksək nəticə göstərən şagirdlərdən 6-sı Səki - Zaqatala Regional Təhsil İdarəsinin (ŞZRTİ) tabeliyindəki ümumi təhsil məktəblərinin şagirdləridir.
Belə ki, ŞZRTİ-nin tabeliyindəki Şəki şəhər 18 nömrəli tam orta məktəbin şagirdi İlyasova Zərifə Elmaz qızı, Şəki şəhər 5 nömrəli tam orta məktəbin şagirdi Teymurlu Fatimə Elmir qızı, Şəki şəhəri, Fizika-riyaziyyat və humanitar təmayüllü liseyin şagirdi Əliyeva Amalya Tural qızı, Qəbələ rayonu, Həmzəlli kənd orta məktəbin şagirdi Yusibov Elşən Səfa oğlu, Qəbələ rayonu, Nohurqışlaq kənd orta məktəbin şagirdi Rəhimova Səidə Ruhib qızı və Qəbələ şəhəri, 4 saylı şəhər orta məktəbin şagirdi Xancanova Lalə Elvin qızı 300 bal toplayıblar.
Yüksək nəticə göstərən abituriyentləri təbrik edir, bütün şagirdlərə uğurlar arzulayırıq.