Aprelin 2-də Ağdam rayonunun işğaldan azad edilmiş Sarıcalı kəndi ərazisində bir nəfərin xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Ağdam Rayon Prokurorluğundan Ucnoqta.az-a verilən məlumata görə, hadisə nəticəsində ərazidə mina təmizləmə işləri aparan Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı 1987-ci il təvəllüdlü Xəyyam Qəmbər oğlu Əliyev xəsarət alıb və istifadə olunan texnikaya maddi ziyan dəyib.
Hazırda Xəyyam Əliyevin vəziyyəti qənaətbəxşdir.
Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər aparılıb.
Faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.