İsrail Hərbi Hava Qüvvələrinin İranın Dəməşqdəki konsulluğuna endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 13-ə çatıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə İranın dövlət televiziyası IRIB İslam Respublikasının Suriya paytaxtındakı səfiri Hüseyn Əkbəriyə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, ölənlər arasında İranın yeddi hərbi məsləhətçisi, o cümlədən İslam İnqilabı Keşikçiləri Korpusunun iki yüksək rütbəli generalı (SEPAH) və altı suriyalı var.