İsrailin İran konsulluğuna zərbəsi nəticəsində ölənlərin sayı artıb

16:06 - 2 Aprel 2024 - DÜNYA

İsrail Hərbi Hava Qüvvələrinin İranın Dəməşqdəki konsulluğuna endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 13-ə çatıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə İranın dövlət televiziyası IRIB İslam Respublikasının Suriya paytaxtındakı səfiri Hüseyn Əkbəriyə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, ölənlər arasında İranın yeddi hərbi məsləhətçisi, o cümlədən İslam İnqilabı Keşikçiləri Korpusunun iki yüksək rütbəli generalı (SEPAH) və altı suriyalı var.

Xəbər xətti