Mariana adalarında güclü zəlzələ baş verib

14:31 - 2 Aprel 2024 - DÜNYA

Sakit okeanın Şimali Mariana adaları sahillərində 6,3 bal gücündə zəlzələ qeydə alınıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Təbii fəlakətin ocağı 10 km dərinlikdə yerləşib.

Dağıntı və tələfat barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.

Xəbər xətti