Bu ilin mart ayında sərhəddə ümumi dəyəri 1 milyon 122 min 461 manat olan qaçaqmal saxlanılıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin 2024-cü ilin mart ayı ilə bağlı məlumatında qeyd edilib.
Məlumatda deyilir ki, qaçaqmalçılıq fəaliyyətinə qarşı həyata keçirilmiş mübarizə tədbirləri nəticəsində ümumi dəyəri 1 milyon 122 min 461 manat оlan qaçaqmal, о cümlədən tüfəng, patron, ABŞ və RF valyutası GPS, elektroşok, balıq, dərman preparatları, spirtli içki və tütün məmulatları saxlanılıb.
Bundan başqa, narkоtik vasitələrin qеyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 178 kiloqram 597 qram narkоtik vasitə və narkotik tərkibli güclü təsiredici vasitə hesab edilən 8178 ədəd həb aşkarlanaraq dövriyyədən çıxarılıb.