Belarus prezidenti Aleksandr Lukaşenko respublikanın müharibə vəziyyətinə hazırlaşdığını, bunun üçün lazımi hazırlıqların aparıldığını və qoşunlara müxtəlif növ silahların verildiyini bildirib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Lukaşenko Qrodno vilayətinə səfəri zamanı deyib.
"Heç kimə inanmayın ki, biz döyüşmək istəyirik. Biz müharibəyə hazırlaşırıq, mən bu barədə açıq deyirəm. "Sülh istəyirsənsə, müharibəyə hazırlaş” - Belə bir fikir mən söyləməmişəm. Bu, çox düzgün deyilib.
Onun sözlərinə görə, ölkədə müvafiq bölmələrin lazımi təlimləri keçirilir, qoşunlara müxtəlif növ silah və texnika verilir.
"Oradan kimsə qışqırır və bizi tənqid edirsə, bilin: biz düzgün iş görürük. Əgər orada bizi tərifləməyə başlayırlarsa, bu, fəlakətdir", - Belarus lideri bildirib.
Dövlət başçısı vurğulayıb ki, Belarus heç kimi təhdid etmir.
"Bizim kimisə hədələmək lazım deyil. Biz başqasının torpağını istəmirik. İnşallah, bunu becərək", - Lukaşenko deyib.