İsrail təhlükəsizlik qüvvələri İordan çayının qərb sahilində və İordaniya vadisində antiterror reydləri zamanı terrorla əlaqədə şübhəli bilinən 22 nəfəri saxlayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, reydlər xüsusən də axtarışda olan şəxsdən əldəqayırma partlayıcı qurğunun tapıldığı Qəlandiya şəhərində, eləcə də iki şübhəlinin saxlanıldığı Yerixoda keçirilib.
Saxlanılanların hamısı və onlardan götürülmüş silahlar əlavə araşdırmalar aparılması üçün təhlükəsizlik xidmətinə təhvil verilib.