Pekin İranın Suriyadakı konsulluğuna 7 nəfərin ölümü ilə nəticələnən hücumu qəbuledilməz hesab edir.
Ucnoqta.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin brifinqdə bildirib.
"Çin İranın Suriyadakı diplomatik nümayəndəliyinə hücumu pisləyir. Diplomatik qurumların təhlükəsizliyi pozula bilməz, Suriyanın suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə hörmət edilməlidir" - Vanq Venbin deyib.