ABŞ, Cənubi Koreya və Yaponiya birgə aviasiya təlimləri keçirib

10:22 - 2 Aprel 2024 - DÜNYA

Koreya Respublikası, ABŞ və Yaponiya hərbçiləri ABŞ-ın B-52H strateji bombardmançı təyyarəsinin yerləşdirilməsi ilə əlaqədar Cənubi Koreyanın Ceju adasının cənub-şərqində bu il ilk üçtərəfli hava təlimini keçirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Koreya Respublikasının Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Birgə manevrlər Cənubi Koreya və Yaponiyanın hava hücumundan müdafiə identifikasiya zonalarının kəsişdiyi ərazidə baş tutub. Onların KXDR-dən artan nüvə raket təhlükəsinə cavab olaraq çəkindirmə potensialının artırılması məqsədi ilə həyata keçirildiyi qeyd edilir.

Seul qeyd edib ki, bu üçtərəfli təlimlər 2023-cü il Kemp Devid sammitinin razılaşmalarına uyğun olaraq keçirilib.

Xəbər xətti