Belarus Ukrayna ilə sərhəddə hərbi təlimlərə başlayıb

08:53 - 2 Aprel 2024 - DÜNYA

Belarus müdafiə qüvvələri ilə Qomel və Qrodno vilayətlərində təlimlərə başlayıb

Ucnoqta.az xəbər verir ki, bu barədə Belarus Müdafiə Nazirliyinin mətbuat xidməti Telegram kanalında məlumat yayıb.

Təlimlərdə könüllü milislərin də cəlb olunması ilə obyektlərin mühafizəsi və müdafiəsi, o cümlədən hərbi vəziyyətin təmin edilməsində iştirak məsələləri işlənəcək. Həmçinin ərazi qoşunlarının hərbi hissələrinin vəzifəli şəxslərinin döyüş hazırlığı tapşırıqlarını yerinə yetirməyə hazırlığı da qiymətləndiriləcək. Şəxsi heyət müdafiə tapşırıqlarının həlli zamanı öz vəzifələrini yerinə yetirmək üçün təlim keçəcək və s.

Eyni təlimlər Litva ilə həmsərhəd Qrodno vilayətinin Voronovski rayonunda da başlayıb. Bu tədbir üçün rayonun hərbi xidmətə cəlb olunmuş ərazi qoşunlarının toplanışları təşkil olunub. Təlimin məqsədi ehtiyatda olan zabitlərin tabeliyində olan müdafiə qoşunlarına rəhbərlik etmək vərdişlərinin təkmilləşdirilməsidir.

Xəbər xətti