Qazaxıstan Silahlı Qüvvələrinin Astanadakı Dövlət Hərbi-Tarixi Muzeyinin əməkdaşları respublikanın ilk prezidenti Nursultan Nazarbayevin mumdan hazırlanmış fiqurunu sərgidən çıxarıblar.
Ucnoqta.az xəbər verir ki, bu barədə Tengrinews xəbər agentliyi məlumat yayıb.
Məlumata grə, altı il əvvəl orada quraşdırılmış birinci prezident Nursultan Nazarbayevin mum fiquru Astanada Qazaxıstan Silahlı Qüvvələrinin Dövlət Hərbi-Tarixi Muzeyinin ekspozisiyasından gtürülüb. Əvvəllər birinci prezidentin mum fiquru muzeyin salonlarından birində yazı masasında yerləşirdi.
Bildirilib ki, hazırda bu yerdə sovet və qazax hərb lideri, Qazaxıstanın ilk müdafiə naziri, Sovet İttifaqı Qəhrəmanı Saqadat Nurmaqambetovun mum fiquru var.