Çin Xalq Azadlıq Ordusunun Myanma ilə sərhəddə keçirdiyi təlimlər düşmənin iddia edilən qüvvələrini məhv etmək və iflic vəziyyətə salmaq üçün zərbələr endirmək məqsədi daşıyır.
Ucnoqta.az xəbər verir ki, bu barədə Cin ordusunun Cənub Döyüş Komandanlığının rəsmi nümayəndəsi Tian Junli məlumat verib.
Bildirilir ki, təlimlərin məqsədi qoşunların çevik manevr etmək, düşmən qüvvələrini məhv etmək və iflic etmək üçün dəqiq zərbələr endirmək, onların tam blokadasını təmin etmək və kompleks hücumlar həyata keçirmək qabiliyyətini yoxlamaqdır.