Apreldə gözlənilən maqnit qasırğaları

05:14 - 2 Aprel 2024 - ÖLKƏ İÇİ

2024-cü ilin aprelində metohəssas insanlara zərər verə biləcək dörd maqnit qasırğası gözlənilir.

Ucnoqta.az xəbər verir ki, mütəxəssislər bir ay ərzində dörd qasırğanın olacağını proqnozlaşdırırlar, onlardan biri güclü olacaq.

Aprelin 3-dən 5-nə kimi ilk geomaqnit qasırğası gözlənilir və güclü olmayacaq. Sonra növbəti zəif maqnit qasırğası ayın 10-u və 11-i üçün proqnozlaşdırılır.
Aprelin 19-dan 22-dək uzun və eyni zamanda güclü maqnit qasırğası gözlənilir. Günəşin aktivliyi artacaq.

Ayın sonuncu yüksək günəş aktivliyi 29 və 30-da baş verəcək. Bu fırtına zəif olacaq.
Qeyd edək ki, bu fırtına proqnozları qeyri-dəqiq və zamanla dəyişə bilər.

Xəbər xətti