Yaponiya sahillərində 6,1 bal gücündə zəlzələ baş verib

00:12 - 2 Aprel 2024 - DÜNYA

Yaponiya sahillərində 6,1 bal gücündə zəlzələ qeydə alınıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların ocağı 59 km dərinlikdə yerləşib.

Sunami təhlükəsi barədə məlumat verilməyib.

Xəbər xətti