İstanbulda terror hazırlayan Tacikistan və Qırğızıstan vətəndaşları saxlanılıb

00:03 - 2 Aprel 2024 - DÜNYA

İstanbulda polis "İslam Dövləti" terror təşkilatı adından terror aktı hazırlamaqda şübhəli bilinən Tacikistan və Qırğızıstan vətəndaşları olan iki nəfəri saxlayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə İHA agentliyi məlumat yayıb.

Məlumata görə, 37 yaşlı Tacikistan vətəndaşı Faşçıljon A. və Qırğızıstandan olan 41 yaşlı Zülfiyyə S.-nin saxlanılması üçün əməliyyat keçirilib. Onların yaşadıqları evin zirzəmisində aparılan axtarış zamanı jandarm forması, polisin gülləkeçirməz jileti, rasiya, digər ləvazimatları, həmçinin terror aktı törətmək üçün təlimatlar götürülüb. Dindirilmə zamanı saxlanılan şəxslər zorakılıq aktı hazırladıqlarını etiraf ediblər, harada və nə vaxt göstərilməyib.

Prokurorluğun qərarı ilə Tacikistan vətəndaşı həbs edilib, onun şəriki isə Türkiyədən çıxarılıb.

Xəbər xətti