İsrail Hərbi Hava Qüvvələri Suriya paytaxtının qərbində İslam İnqilabı Keşikçiləri Korpusunun iranlı hərbi müşavirlərinin yaşadığı Mezze məhəlləsini raketlərlə atəşə tutub.
Ucnoqta.az xəbər verir ki, “Al Hadath” telekanalının məlumatına görə, hücum İranın Suriyadakı səfirliyi və konsulluğunun yaxınlığında yerləşən villaya düşüb. Məlumata görə, bu məhəllədə bir neçə partlayış səsi eşidilib və Dəməşqin qərb kənarından qalın tüstü sütunu səmaya qalxıb.
Hadisə yerinə yanğınsöndürmə briqadaları gəlib.