Ukrayna Təhlükəsizlik Xidməti (SBU) RT telekanalının baş redaktoru Marqarita Simonyana qarşı qiyabi olaraq yeni ittihamlar irəli sürüb.
Ucnoqta.az xəbər verir ki, bu barədə idarənin Telegram kanalında məlumat verilib.
Simonyan Ukrayna Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittiham olunur: soyqırım, Ukraynanın ərazi bütövlüyünə qəsd, hərbi hərəkətlərin təbliği, habelə Ukraynada “təcavüz” kimi qiymətləndirilən Rusiyanın hərəkətlərinə haqq qazandırmaq, qanuni tanınmaq və inkar etmək.