Qazaxıstanda terror aktı hazırlamaqda şübhəli bilinən şəxs saxlanılıb

15:27 - 1 Aprel 2024 - DÜNYA

Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin əməkdaşları Aktau şəhərində terror aktı hazırlamaqda şübhəli bilinən radikal dini ideologiyanın tərəfdarını saxlayıblar.

Ucnoqta.az xəbər verir ki, bu barədə idarənin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, aprelin 1-də Aktau şəhərində Milli Təhlükəsizlik Komitəsi prokurorluq orqanları ilə razılaşdırmaqla yerli sakini terror aktına hazırlaşmaqda şübhəli bilinərək saxlayıb. Ondan partlayıcı elementləri olan partlayıcı qurğunun hazırlanması və digər maddi sübutlar götürülüb.

Kəşfiyyat xidməti qeyd edib ki, saxlanılan şəxs əvvəllər də qətl törətməkdə təqsirli bilinib.

Xəbər xətti