Pakistanda güclü yağış və dolu nəticəsində 10 nəfər ölüb

10:31 - 1 Aprel 2024 - DÜNYA

Pakistanın şimal-qərbindəki Hayber Paxtunxva əyalətində həftəsonu yağan güclü yağış və dolu nəticəsində azı 10 nəfər ölüb, 12 nəfər yaralanıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə “The Express Tribune” qəzeti regional təbii fəlakətlərin idarə olunması departamentinə istinadən məlumat yayıb.

Məlumata görə, Pişəvər şəhəri, Bəcaur, Mansehra, Bannu və Şimali Vəziristan bölgələrində ölən və yaralananların əksəriyyəti qadın və uşaqlardır. Təbii fəlakət onlarla yaşayış binasının tam və ya qismən dağılmasına səbəb olub, iqtisadi ziyan vurub.

Səlahiyyətlilər zərərçəkmiş sakinlər üçün humanitar yardım mərkəzləri açıb və pis hava şəraitinin vurduğu ziyanın aradan qaldırılması üçün tədbirlər görür.

Xəbər xətti