İsrail 8 minə yaxın fələstinlini həbs edib

09:02 - 1 Aprel 2024 - DÜNYA

 İsrail əsgərləri 7 oktyabr 2023-cü ildən bəri İordan çayının qərb sahilində 7895 fələstinlini həbs edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Al Mayadeen” telekanalı məlumat yayıb.

Məlumata görə, bu rəqəmə evlərində, hərbi keçid məntəqələrində saxlanılan və təzyiq altında təslim olanlar daxildir.

İsrail Müdafiə Qüvvələrinin mətbuat xidmətinin məlumatına görə, ümumilikdə, 2023-cü il oktyabrın 7-dən etibarən İordan çayının qərb sahilində və İordaniya vadisində terror fəaliyyətlərində iştirakda şübhəli bilinərək 3,6 minə yaxın adam saxlanılıb. Onlardan 1,6 mindən çoxu HƏMAS ilə əlaqədə şübhəli bilinir.

Xəbər xətti