Çin silahlı qüvvələri Myanma ilə sərhəddə hərtərəfli döyüş atəşli təlimlər keçirəcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə Xalq Azadlıq Ordusunun Cənub Bölgəsi Döyüş Komandanlığının WeChat səhifəsindəki məlumatında deyilir.
Manevrlər aprelin 2-də Pekin vaxtı ilə saat 08:00-da başlayacaq və aprelin 3-də saat 18:00-da başa çatacaq. Bununla əlaqədar olaraq, nəqliyyat vasitələrinə və fiziki şəxslərə nəzarəti gücləndirilir.
Məlumata görə, təlim Yingjiang və Longchuan əyalətlərində beş fərqli yerdə baş tutacaq. Zonaya icazəsiz giriş qadağandır. Bundan əlavə, təyyarələr onun hava məkanını keçə bilməyəcək. Bu manevrlərin şəxsi çəkilişi və onlarla bağlı hər hansı məlumatın KİV-də yayılması da qadağandır.