ABŞ Qəzza zolağının şimal hissəsinə daha bir humanitar yardım partiyasını hava yolu ilə çatdırmaq üçün əməliyyat keçirib.
Ucnoqta.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
Bildirilir ki, ABŞ Mərkəzi Komandanlığı 31 martda münaqişədən zərər çəkmiş mülki şəxslərə kritik dəstək göstərmək üçün Qəzzanın şimalına hazır yeməklərdən ibarət humanitar yardım göndərdi.