Türkiyədə keçirilən yerli seçkilərin nəticələri aprelin 1-də açıqlanacaq.
Ucnoqta.az xəbər verir ki, bu barədə jurnalistlərə respublika Mərkəzi Seçki Komissiyasının rəhbəri Əhməd Yener məlumat verib.
"Səslərin hesablanması davam edir. Bu vaxta kimi seçki məntəqələrindən daxil olan protokolların 51,2 faizi hesablanıb. Seçkilərin nəticələrini bazar ertəsi elan etməyi planlaşdırırıq".
Son onilliklərdə ilk dəfə olaraq Türkiyənin Adana, Ankara, Antalya, Bursa, İzmir və İstanbul da daxil olmaqla, bütün böyük şəhərlərində müxalifət qalib gəlib.