Ankaranın hazırkı meri seçkilərdə qalib gəldiyini elan etdi

00:19 - 1 Aprel 2024 - DÜNYA

Türkiyədə bələdiyyə seçkilərində yenidən namizədliyini irəli sürən Ankaranın hazırkı müxalifət meri Mənsur Yavaş qələbəsini elan edib.

Ucnoqta.az xəbər verir ki, o, Ankara sakinlərinə müraciət edib.

"Üstümüzə yağan böhtan axınlarına baxmayaraq, bizə dəstək olan hər kəsə təşəkkür etmək istəyirəm. 2019-cu ildə dediklərimi təkrarlayacağam. Bu, qələbə deyil, çünki bu, müharibə deyil. Biz Ankaraya və xalqa xidmətə davam edəcəyik. Amma rəqibimizi dəstəkləyənlər isə uduzmadılar. Burada yeganə uduzan Turqut Altınok oldu (hakim partiyanın namizədi). O, siyasi karyerasını başa vurdu”, - Yavaş deyib.

Protokolların 62%-nin işlənməsinin nəticələrinə əsasən, Yavaş 58,9%, Altınok 33,1% toplayıb. 

Xəbər xətti