Ən dəhşətli mənzərəni qadın tualetinə çatanda gördük - Xilasedici Krokusdakı faciədən danışdı

16:26 - 30 Mart 2024 - DÜNYA

Krokusda faciə baş verən yerdə ilk xilasedicilərdən biri terror aktı başlayandan sonra içəridə baş verənləri danışıb.

Ucnoqta.az Rusiya mətbuatına istinadən xəbər verir ki, onun sözlərinə görə, yanğınsöndürənlər üçün hərəkət etmək çox çətin idi. 

"Qəza nərdivanlarında çoxlu ölənlər var idi. Zəhərli tüstüdən boğulmayan, sağ qalmağı bacaranları çıxarmağa başladıq. İnsanlar tualetlərdə, ventilyasiya şaxtalarında və köməkçi otaqlarda gizlənirdilər - bu, axtarış işlərini çətinləşdirirdi. Yanğının lokallaşdırılmasından sonra təkcə arakəsmələrdə 40-dan çox insan həlak olub.

Ən dəhşətli mənzərəni birinci mərtəbədəki qadın tualetinə çatanda gördük. Orada 28 meyit tapılıb. Çoxları terrorçulardan gizlənərkən tüstüdən boğulub" - yanğınsöndürən dəhşətli hadisəni təsvir edib.

Xəbər xətti