“Crocus City Hall”da törədilən terror aktı nəticəsində xəsarət alanların sayı 382 nəfərə çatıb
Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
“Crocus City Hall”da baş verən terror aktında 143 nəfər həlak olub. Onların əksəriyyətinə ambulator yardım göstərilib.
Qeyd edək ki, martın 22-də Rusiyanın Moskva vilayətindəki “Crocus City Hall”da terror aktı baş verib. Hadisə nəticəsində 140-a yaxın adam ölüb. Rusiya Prezidenti Vladimir Putin sifarişçilərin və icraçıların tapılaraq cəzalandırılacağını bildirib. İŞİD terror hadisəsi ilə bağlı məsuliyyəti öz üzərinə götürüb.