Krokusu yandıranın valideynləri oğulları ilə son söhbətindən danışıblar

10:41 - 29 Mart 2024 - DÜNYA

“Krokus Siti Holl”da törədilən terror aktında əli olan Dələrjan Mirzəyevin valideynləri oğulları ilə son söhbətlərindən danışıblar.

Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, faciə ərəfəsində terrorçu Rusiyadakı işindən narazı qalıb və Tacikistana qayıtmaqdan danışıb.

“O, anasına zəng edərək deyib ki, işlər pis gedir və martın 24-də evə qayıdacaq. Onun davranışında şübhəli heç nə görmədik”, - konsert zalını yandıran terrorçunun atası deyib.

O, əlavə edib ki, digər oğlunun İŞİD fəaliyyətində iştirak etməsi ehtimalı olsa da, Dalerjan Mirzoev qardaşı ilə əlaqə saxlamayıb.

Xəbər xətti