Nyu-Yorkda keçirilən kampaniya tədbiri ABŞ prezidenti Co Baydenə seçki büdcəsini rekord məbləğdə 25 milyon dollar artırmağa imkan verdi
Ucnoqta.az xəbər verir ki, bu barədə onun seçki qərargahı X sosial şəbəkəsində bildirib.
Bu töhfə, Baydenin Demokratik sələfləri Barak Obama və Bill Klintonun, habelə məşhur teleaparıcıların və musiqiçilərin müşayiəti ilə Nyu-Yorkun "Radio City Music Hall"da verilişinə bilet satışı ilə təmin edilib.
Qeyd edilir ki, Bayden bu tədbirdə rəqibi Donald Trampın bütün fevral ayı ərzində topladığı puldan daha çox pul toplayıb.