ABŞ Dövlət Departamenti Viktoriya Nulandın ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini vəzifəsindən istefa verməsinin onun 2014-cü ildən 2022-ci ilə qədər Ukraynadakı fəaliyyətinin araşdırılması ilə bağlı olduğu iddialarına münasibət bildirib.
Ucnoqta.az xəbər verir ki, Dövlət Departamentinin sözçüsü Metyu Miller bu hadisələr arasında qətiyyən heç bir əlaqənin olmadığını vurğulayıb.
“Bu, tamamilə doğru deyil" - Miller deyib.