Baş nazirin həbsdə olduğu həbsxanaya ziyarət qadağası ləğv edilib

14:08 - 28 Mart 2024 - DÜNYA

Pakistanın keçmiş baş naziri İmran Xanın da daxil olduğu Adiala həbsxanasındakı məhbusların ziyarətinə qoyulan iki həftəlik məhdudiyyət çərşənbə günü başa çatıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə “The Express Tribune” islah müəssisəsinin rəhbəri Əsəd Caved Varraiçə istinadən məlumat yayıb.

Məlumata görə, martın 12-də terror təhlükəsi ilə bağlı irəli sürülən Adiala həbsxanasına giriş qadağası başa çatıb. Qeyd edilir ki, orada saxlanılan şəxslərə, o cümlədən Pakistanın keçmiş baş naziri İmran Xan, keçmiş xarici işlər naziri Şah Mehmud Qureşi, eləcə də Pəncab əyalətinin keçmiş baş naziri Çoudri Pərviz Elahi cümə axşamı günündən etibarən ziyarət etmək mümkün olacaq.

Xəbər xətti