Barselona yaxınlığındakı Badalona ticarət mərkəzində bir kişi restoranın pəncərəsini balta ilə sındırıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə X-də şəhərin meri Xavier Qarsia Albiol bildirib.
Hadisə nəticəsində xəsarət alan olmayıb. Həmin şəxs saxlanılıb.
Hadisə ilə əlaqədar ticarət mərkəzinə gələnlər müvəqqəti olaraq təxliyə edilib.